"Neftçi" "Qaziantep"lə heç-heçə edib

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Neftçi" sonuncu yoxlama oyununu keçirib.
Bakı təmsilçisi Türkiyə Super Liqasında çıxış edən "Qaziantep"lə üz-üzə gəlib.
Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.
Qeyd edək ki, Boludakı ilk yoxlama matçında "Sakaryaspor"la 1:1 hesablı heç-heçə edən "ağ-qaralar" növbəti görüşündə "Sivasspor"a uduzub - 0:1.