Hava şəraiti ilə bağlı müraciət


Daxili İşlər Nazirliyi Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi hava şəraiti ilə bağlı hərəkət iştirakçılara müraciət edib.

Mərkəzdən AFN.az-a verilən xəbərə görə, müraciətdə deyilir:

"Dünəndən etibarən paytaxt ərazisində qarlı hava şəraiti hökm sürür və bu gün də gecə saatlarında yolların buz bağlaması ehtimal olunur. Bu səbəbdən yola çıxan sürücülər son dərəcə ehtiyatlı olmalı və yol hərəkəti qaydalarına ciddi əməl etməlidirlər. Səfərə başlamadan öncə avtomobilin texniki sazlığını, şüşəsilənləri, təkərlərin vəziyyətini, işıq sistemini təhlükəsizlik üçün bir daha yoxlamalıdırlar. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücüləri ara məsafəsinə riayət etməyə, lüzumsuz manevrlər etməkdən çəkinməyə çağırır. Paytaxtın enişli və yoxuşlu yollarında avtomobilin sürətini düzgün seçmək ən vacib məsələlərdəndir. Həmçinin bu cür hava şəraitində nəqliyyat vasitəsini idarə etmək təcrübəsi olmayan sürücülərə, xüsusilə də sutkanın qaranlıq vaxtında sükan arxasına keçməməyi tövsiyə edirik".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu