Ermənistan Rusiyadan "qopur"?


Ermənistanda Rusiya əleyhinə aksiyaların müntəzəm xarakter alması, hətta Rusiyanın bu ölkədəki hərbi bazasının hədəf götürülməsi ciddi siqnaldır.


Görünən odur ki, Ermənistan Rusiyadan birdəfəlik qopmaq istəyir. Bu "qopma" necə baş verəcək? Rusiya hansı variantlara əl atacaq?

AFN.az xəbər verir ki, politoloq Şahin Cəfərli mövzu ilə bağlı şərh verib. Onun sözlərinə görə, Qarabağda Ruben Vardanyan ətrafında aparılan təmərküzləşmə və onun Rusiyanın faktiki nəzarətindəki ərazidə tək adam rejimi qurması diqqətdən kənarda qalmamalıdır: "Yerli ermənilər arasında nüfuza malik olan Vitali Balasanyanın uzaqlaşdırılması bu prosesin tərkib hissəsidir. Rusiyanın məqsədi Vardanyan kimi qəbulolunmaz yad elementi önə çıxarmaqla Bakı ilə Qarabağ erməniləri arasındakı mümkün dialoq kanallarını məhv etməkdən ibarətdir. Balasanyan sırf hüquqi baxımdan - Azərbaycan qanunvericiliyi nöqteyi-nəzərindən cinayətkar olsa da, azərbaycanlılarla ünsiyyət, hətta dostluq təcrübəsi yaşamış, dilimizi bilən, qeyri-rəsmi səviyyədə dialoq qurula biləcək Qarabağ ermənilərindən biri idi. Onu kənarlaşdırmaqla Moskva Bakını Vardanyanla üz-üzə qoyur, belə vəziyyətdə isə dialoqun baş tutması qeyri-mümkün görünür".
Ş.Cəfərlinin sözlərinə görə, Laçın dəhlizində davam edən aksiya da Moskvanı narahat etmir: "Çünki konfrontasiya və düşmənçiliyin davam etməsi görüntüsü yaradır ki, bu da dünyanın gözündə Rusiyanın Qarabağdakı mövcudiyyətini daha önəmli hala gətirir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu