Zelenskidən Türkiyəyə minnətdarlıq paylaşımı


Ukrayna prezidenti Vladimir Zelenski prezident Rəcəb Tayyib Ərdoğanla telefon danışığından sonra verdiyi açıqlamada Türkiyəyə minnətdarlıq ifadə edib.


AFN.az xəbər verir ki, Zelenski “Türkiyənin sülh formulu həyata keçirilməsində iştirak etmək istəyinə görə minnətdarıq” - deyə bildirib.

Qeyd edək ki, bu gün Ukrayna prezidenti Vladimir Zelenski ilə prezident Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Zelenski davam edən müharibə ilə bağlı mühüm qiymətləndirmələr etdikləri görüşdən sonra sosial media hesabında paylaşım edib. Başda nüvə təhlükəsizliyi olmaqla, bir çox mövzunu müzakirə etdiklərini bildirən Ukrayn lideri "Prezident Rəcəb Tayyib Ərdoğanla ölkələrimiz arasında təhlükəsizlik sahəsində əməkdaşlığı, xüsusilə nüvə təhlükəsizliyi məsələlərini, Zaporojye Atom Elektrik Stansiyasındakı vəziyyəti müzakirə etdik. Bundan başqa, Türkiyənin vasitəçiliyi ilə həyata keçirilən məhbus mübadiləsini, müqaviləsindəki perspektivləri də müzakirə etdik. Türkiyənin sülh formulunun həyata keçirilməsində iştirak etmək istəyinə görə minnətdarıq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu