Bir evdə 8 nəfər öldürüldü: beşi uşaqdır


ABŞ-ın Yuta Ştatının Enok şəhərində polisin mənzilə baxış nəzarəti zamanı evdə 8 cəsəd aşkarlanıb.


AFN.az-ın məlumatına görə, bu barədə polis rəsmiləri açıqlama verib.
Atışma nəticəsində öldüyü müəyyən edilən cəsədlərin 5-nin uşaq olduğu bildirilsə də, hadisənin səbəbi ilə bağlı açıqlama verilməyib.
“Iron Country” Məktəb Dairəsinin rəsmiləri valideynlərə məktub yazaraq beş uşağın ərazidəki məktəblərə getdiyini bildirib. Lakin nə uşaqların, nə də öldürülənlərin şəxsiyyəti açıqlanmayıb.
Yuta qubernatoru Spenser Koks isə məntiqsiz zorakılıqdan təsirlənənlərin hamısının yanında olduğunu bildirib və "Xahiş edirəm, Enok icmasına dua edin" deyib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu