Türkiyə və Suriya barışır: Danışıqlar başladı


Suriyanın müdafiə naziri Əli Mahmud Abbasla türkiyəli həmkarı Hulusi Akar arasında Moskvada keçirilən görüş müsbət keçib.


AFN.az xəbər verir ki, Suriya Müdafiə Nazirliyinin yaydığı məlumatda belə deyilir. “Bu gün Moskvada Rusiya tərəfinin iştirakı ilə Suriyanın müdafiə naziri ilə Suriya Baş Kəşfiyyat İdarəsinin rəhbəri arasında Türkiyənin müdafiə naziri və Türkiyə kəşfiyyatının rəhbəri ilə görüş keçirilib.Tərəflər bir sıra məsələləri müzakirə ediblər. Görüş müsbət keçib”.
Qeyd edək ki, dekabrın 28-də Rusiya, Suriya və Türkiyə müdafiə nazirləri arasında üçtərəfli danışıqlar baş tutub.
Görüşdən sonra tərəflər dialoqun konstruktiv xarakterini, həm Suriyada, həm də bütövlükdə regionda vəziyyətin sabitləşməsi üçün onun davam etdirilməsinin zəruriliyini qeyd ediblər.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu