Karnavalda faciə


Nigeriyada karnavalda avtomobilin toqquşması nəticəsində azı 7 nəfər ölüb, 29 nəfər yaralanıb.


AFN.az xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.
Qeyd edilir ki, insident Kros-River ştatında, Kalabar şəhərində hər il keçirilən küçə karnavalı zamanı baş verib, Avtomobil idarəetməni itirərək tamaşaçı kütləsinin üzərinə sürüb.
“Yeddi nəfər yerindəcə ölüb, yaralılara tibbi yardım göstərilmək üçün xəstəxanaya çatdırılıb”, - məlumatda deyilir.
Ölümlə nəticələnən hadisə ilə əlaqədar karnaval çərçivəsində bütün fəaliyyətlər bir gün müddətinə dayandırılıb.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu