Ruslar Xersonda doğum evini vurdular - FOTOLAR


Bu gün axşam saatlarında rus qoşunları Xersonu növbəti dəfə atəşə tutub.


AFN.az UNİAN-a istinadən xəbər verir ki, hücum zamanı işğalçılar Tropinlər adına xəstəxananın Xerson şəhər xəstəxanasının binasını hədəf alıblar.

Xersonlu jurnalist Konstantin Rıjenkonun sözlərinə görə, xəstəxananın doğum şöbəsinə xəsarətlər yetirilib. Jurnalistin yaydığı fotolardan görünür ki, xəstəxana binasına ciddi ziyan dəyib. Otağın pəncərələri sındırılıb.
Ukrayna Prezident Administrasiyasından verilən məlumata görə, bu gün həmin xəstəxanada iki körpə dünyaya gəlib. Həkimlər rusların hücumundan əvvəl qeysəriyyə əməliyyatını başa çatdıra biliblər. İndi şöbədə doğuşdan sonra 5 qadın var.

Xoşbəxtlikdən itki yoxdur.












AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu