Gəncə Şəhər Birləşmiş Xəstəxanasında yeni təyinatlar olub
Gəncə Şəhər Birləşmiş Xəstəxanasında yeni təyinatlar baş tutub.
APA-nın yerli bürosunun məlumatına görə, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov müvafiq əmrlər imzalayıb. Əmrə əsasən ilə Ruslan Əliyev Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktorunun inzibati məsələlər üzrə müavini təyin edilib.
R.Əliyev bundan əvvəl Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhəri, Nizami rayon şöbəsində pensiya sektorunun müdiri vəzifəsində çalışıb.
Vüqar Qurbanovun əmri ilə Anar Məmmədov Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktorunun müavini, Abbas Səhhət adına xəstəxananın rəhbəri təyin olunub.
O, bundan əvvəl Akademik Z. Məmmədov adına xəstəxananın uzman həkim-uroloqu kimi fəaliyyət göstərib.
Əmiralı Yusifov Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktorunun müavini, Kardioloji xəstəxananın rəhbəri vəzifəsinə təyin olunub.
Ə.Yusifov bundan əvvəl adıçəkilən tibb müəssisəsinin rəhbəri vəzifəsini icra edib.
Eyni zamanda İcraçı direktor Vüqar Qurbanovun əmri ilə Akademik Z.Məmmədov adına xəstəxananın rəhbəri vəzifəsini icra etmək Azad Quliyevə həvalə olunub.
O, bundan əvvəl Abbas Səhhət adına xəstəxanada həkim-cərrah kimi fəaliyyət göstərib.
Bu gün Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov yeni təyinatları kollektivə təqdim edib.