Putin Medvedyevə yeni vəzifə verdi
Rusiya prezidenti Vladimir Putin rəhbərlik etdiyi Hərbi Sənaye Komissiyasında birinci müavini vəzifəsini təsis edib.
AFN.az-ın məlumatına görə, bu posta Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini, eks-prezident Dmitri Medvedev təyin edilib.
Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkov da komissiyaya daxil edilib. O, bu vəzifədə İqor Artyomyevi əvəz edib. Komissiyanın sədri Rusiya prezidentidir. Buraya Baş nazirin müavini, Sənaye və Ticarət Nazirliyinin rəhbəri Denis Manturov da daxildir. O, komissiya rəhbərinin müavini və onun kollegiyasının rəhbəri vəzifələrini tutur.
Komissiyaya həmçinin müdafiə naziri Sergey Şoyqu, Baş Qərargah rəisi Valeri Gerasimov, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Xarici Kəşfiyyat Xidməti, FTX, Milli Qvardiyanın rəhbərləri və başqaları daxildir.
M.Vahidli