Azərbaycan-Ermənistan məsələsində obyektivlikdən uzaq və qərəzli bəyanatlar verilir - Hulusi Akar
Bəzi ölkələrin Azərbaycana qarşı səsləndirdiyi bəyanatlarla bağlı danışan Türkiyə milli müdafiə naziri Hulusi Akar onları qərəzli adlandırıb.
AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, o, açıqlamasında “Həmişə olduğu kimi, Azərbaycan-Ermənistan məsələsində də obyektivlikdən uzaq və qərəzli bəyanatlar verilir" - deyib. "Ancaq 30 ilə yaxındır davam edən Qarabağ probleminin həlli istiqamətində missiya ilə çıxış edən ölkələrin, beynəlxalq təşkilatların səsini eşitməmişdik. Bu səbəbdən, indi fikir bildirənlərdən soruşuruq ki, indiyə qədər ağlınız harada idi?” - deyə bildirib