Fransadakı terrorun şok təfərrüatı: xaricilərə patoloji nifrəti varmış
Paris Prokurorluğu dekabrın 23-də baş verən terror hadisəsi ilə bağlı maraqlı açıqlama verib.
AFN.az "Anadolu"ya istinadən xəbər verir ki, prokurorluq fransalı terrorçunun "xaricilərə patoloji nifrəti" olduğunu və Parisdəki hücumu "qətl törətmək və əcnəbiləri öldürmək üçün" təşkil etdiyini açıqlayıb.
Qeyd edək ki, dekabrın 23-də Parisdə kürd icma mərkəzi qarşısında atışma nəticəsində 3 nəfər ölüb, bir neçə nəfər yaralanıb. Terrorçu yerindəcə həbs edilib. Məlum olub ki, bu, 69 yaşlı kişidir.