Nuhun gəmisi İstanbulda araşdırılır - VİDEO

Nuhun gəmisinin tapıldığı güman edilən Ağrı bölgəsindən nümunələr götürülərək İstanbula gətirilib. Görülən işlərin nəticəsi səbirsizliklə gözlənilir.
AFN.az HaberGlobala istinadən xəbər verir ki, Ağrının Doğubəyazıt rayonunda Ağrı İbrahim Çeçen Universiteti (AİÇÜ) və İstanbul Texniki Universiteti (İTU) tərəfindən yaradılan araşdırma qrupu "Nuhun gəmisi"nin qalıqları olduğu ehtimal edilən ərazidə araşdırma aparıb və bölgədən nümunələr toplanıb. Görülən işlərin nəticəsi ictimaiyyətə açıqlanacaq.