Putinin qaçması üçün "Nuhun gəmisi" hazırlanır - sabiq spikerdən ŞOK AÇIQLAMA
Kreml Rusiyanın Ukraynaya qarşı müharibədə məğlub olacağı təqdirdə rus diktatoru Vladimir Putini Latın Amerikasına təxliyə etmək üçün gizli plan hazırlayır.
AFN.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı keçmiş spiker Putin Qalyamova istinadən məlumat yayıb. Sabiq spikerin sözlərinə görə, layihə “Nuhun gəmisi” adlanır və bu ilin yazından hazırlanır. Məlumatda həmçinin eyd olunub ki, əvvəlcə Çin Putinin qaçacacağı olkə kimi nəzərdə tutulub. Lakin Kreml çinlilərin uduzanları sevməməsindən ehtiyat etdiyi üçün hazırda Argentina və Venesuela evakuasiya üçün prioritetdir. Qalyamovun sözlərinə görə, bu işlə Venesuela prezidenti Nikolas Maduro ilə yaxşı şəxsi münasibətləri olduğu iddia edilən “Rosneft”in rəhbəri İqor Seçin məşğul olur. O da bildirilir ki, evakuasiyaya təkcə Putin hazırlaşmır. Kremlin yüksək vəzifəli şəxsləri Venesuelada aktiv şəkildə yaşayış icazələri və daşınmaz əmlak alırlar. Aşağı rütbəli dövlət qulluqçularına isə Paraqvay, Ekvador və Argentinada yaşayış icazəsi verilib.