Əməkdar incəsənət xadimi, rejissor Oruc Qurbanov vəfat edib

Azərbaycanın tanınmış teatr rejissoru, əməkdar incəsənət xadimi, “Qızıl Dərviş” mükafatı laureatı Oruc Qurbanov vəfat edib.
AFN.az bildirir ki, bu barədə Lənkəran Dövlət Dram Teatrının direktor müavini İntiqam Hacılı məlumat verib.
73 yaşlı mədəniyyət xadimi bu gün dünyasını dəyişib.
O.Qurbanov Lənkəran Dövlət Dram Teatrının quruluşçu rejissoru idi.