SON DƏQİQƏ! Vasif Talıbov istefa verdi!
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov istefa verib.
AFN.az xəbər verir ki, o, bu barədə qərarını Ali Məclisin bu gün keçirilən növbədənkənar iclasında açıqlayıb. V.Talıbov qərarını səhhətində yaranan problemlə əlaqələndirib.
Qeyd edək ki, Vasif Talıbov 1995-ci ilin dekabr ayından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışıb.