Oğluna təcavüz etdiyini bildi, kişini lüt halda döydü - VİDEO


Türkiyədə qadın 18 yaşlı oğlu ilə məcburi cinsi əlaqədə olduğunu iddia edərək küçənin ortasında 58 yaşlı Erdin B.-ni lüt halda döyüb.


AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, Esenler vilayətində ana kişini oğluna içki içirdərək cinsi əlaqəyə məcbur etdiyi iddiası ilə küçənin ortasında yerdə sürüklədikdən sonra lüt soyundurub. Vəziyyət o həddə çatıb ki, məhəllə sakinləri qadını sakitləşdirməkdə çətinlik çəkib.
Hadisə yerinə gələn polis qrupları ətrafda təhlükəsizlik tədbirləri görərkən, sağlamlıq qrupları Erdin B.-ni xəstəxanaya aparıb. Polis idarəsində Y.C.K.-nın verdiyi ifadə ilə nəzarətə alınan Erdin B. polis bölməsindəki əməliyyatlardan sonra sövq edildiyi ədliyyədən məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu