Puqaçovanın Rusiyadakı şirkətini vergi xidməti bağladı
Rusiyanın vergi xidməti tanınmış estrada müğənnisi Alla Puqaçovanın ABP şirkətini iflasla əlaqədar bağlayıb.
Azpost.info xəbər verir ki, bu barədə “Mash” Telegram kanalı məlumat yayıb.
Qeyd olunur ki, bu, Puqaçovanın Rusiyanı tərk etdikdən sonra ölkədə işləyən son biznesi olub.
ABP şirkəti 2010-cu ildən fəaliyyətdə idi. Şirkət şou-biznes üzrə ixtisaslaşmışdı və Moskva meriyasından böyük dəstək alırdı. Şirkət vasitəsilə müğənni konsertlər verir və şəxsi brend əşyalarını satırdı. İsrailə getdikdən sonra Puqaçova şirkətin müflis elan olması üçün müraciət edib. Vergi orqanı şirkəti yoxlayıb və bağlanmasına qərar verib.