Alla Puqaçova uşaqları ilə birlikdə Rusiyanı tərk etdi
Tanınmış estrada müğənnisi Alla Puqaçova Rusiyanı tərk edib.
Azpost.info xəbər verir ki, bu barədə “İzvestiya” məlumatlı mənbəyə istinadən yazıb.
Müğənninin avtomobili “Vnukovo” hava limanına gedən yolda görüntülənib.
“Puqaçova uşaqları ilə birlikdə Rusiyanı tərk edərək İsrailə yola düşüb. Ehtimal ki, İsrailə dönüş bileti olmadan uçub”, – məlumatda bildirilir.