Somalidə 8 milyona yaxın insan qida çatışmazlığından əziyyət çəkir


Somalidə davam edən qida problemi səbəbindən təxminən 8 milyon insanın qida çatışmazlığından əziyyət çəkdiyi bildirilir.


AFN.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) dərc etdiyi hesabatda, Somalidə 2020-ci ildən bəri qeyri-kafi yağışlar səbəbindən quraqlıqla bağlı qida probleminin yaşandığı bildirilib.

Ölkədə təqribən 8 milyon insanın qida çatışmazlığından əziyyət çəkdiyi qeyd olunan hesabatda quraqlığın davam edəcəyi və mövcud vəziyyətin daha da pisləşə biləcəyi bildirilib.

Quraqlıqla bağlı qida probleminin ölkənin cənub-qərb hissəsi və paytaxt Moqadişu başda olmaqla bir çox bölgələri təsir altına almağa davam edəcəyi təxmin edilir.

Qeyd edilir ki, yaşayışını ümumən heyvandarlıqla təmin edən somalililərin əksəriyyəti ölkədəki quraqlıq və qarşıdurmalar səbəbindən evlərini tərk etməli olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu