İl ərzində erkən nikah faktı ilə bağlı müraciətlərin sayı... - AÇIQLAMA


İl ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə 40-50 erkən nikah faktı üzrə müraciət daxil olur.


AFN.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova çıxışı zamanı deyib.
O, qadınların idarəedici olması məsələsinə toxunub:

"Dövlət idarəetməsində, parlamentdə qadınlar təmsil olunur, amma bu rəqəmlər azdır. Dövlət qulluğu səviyyəsində bu rəqəm 35 faiz həddindədir ki, bütün bunlar qənaətbəxş deyil. Sahibkar qadınlara gəldikdə isə, əvvəlki illərə baxanda artım hiss olunur".

Şöbə müdiri erkən nikah hallarının yayılmasına xüsusi diqqət çəkib:

“İl ərzində Komitəyə 40-50 erkən nikah faktı üzrə müraciət daxil olur. Bütün bu hallardan çıxış yolu, birinci növbədə, təhsildir. Təəssüf ki, təhsildən yayınma hallarında bəzən dövlət qurumları da, bir növ, köməkçi ola bilmir. Bu, xüsusilə dini ailələrdə rast gəlinir".

Taliyə İbrahimova internet üzərindən radikalizmə cəlb edilmə hallarının olduğunu deyib:

"Son zamanlar məscidlərdə yox, internet üzərindən qadınların radikalizmə cəlbetmə faktları müşahidə olunur. İnternet üzərindən bu cür qadınlar rahat aşkar edilərək onlara yalan vədlər verməklə inandırıb fəaliyyətlərə cəlb edirlər".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu