Füzulidə uğurla icra olunan dövlət proqramı...


2019-2023-cü illəri əhatə edən Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramının icrası respublikamızın digər bölgələri kimi Füzuli rayonunda da uğurla həyata keçirilir. Bu barədə Füzuli RİH-dən AFN.az-a daxil olan məlumatda bildirilir.


Rayon ərazisində yol-nəqliyyat infrastrukturu müasir standartlara cavab verəcək səviyyədə qurulub, yolların asfaltlaşması tam şəkildə təmin olunub. Ərazidə mütəmadi olaraq ağacəkmə aksiyaları keçirilib, yaşıllıq-abadlaşdırma işləri aparılıb. Dövlət Proqramı çərçivəsində rayon ərazisində tikilib istifadəyə verilən infrastruktur obyektlər rayonun ümumi mənzərəsini zənginləşdirməklə yanaşı əhalinin işlə təminatında mühüm rol oynayıb.
Son illər Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı çərçivəsində Füzuli rayonunda 3 bağça, 1 məktəb tikilib, 1 məktəb əsaslı təmir edilib. 2020-ci ildə isə Füzuli Rayon Mərkəzi Xəstəxanası tikilərək istifadəyə verilib. Müasir standartlara cavab verən belə bir xəstəxananın rayonda tikilməsi həm pandemiya ilə mübarizədə, həm də Vətən müharibəsi zamanı öz xidməti ilə mühüm əhəmiyyətini və vacibliyini göstərib.

Hazırda rayon ərazisində qazlaşdırmanın səviyyəsi 100%-ə çatdırılıb və ərazidə əhalinin mavi yanacaqla, eləcə də elektrik enerjisi ilə fasiləsiz təminatı həyata keçirilir.

Dövlət Proqramının uğurlu icrası rayonda içməli su təchizatına da öz mühüm töhfələrini verib. Belə ki, rayon əhalisinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə kəndlərdə yerləşən subartezian nasos aqreqatları cari təmir edilib, Horadiz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin layihələndirilməsi və yenidən qurulması ilə bağlı mühüm tədbirlər görülüb, şəhərdə yeni içməli su xətləri çəkilib istifadəyə verilib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu