Hacıqabulda itkin düşən biznesmenin meyiti tapıldı


Hacıqabul rayonunda bir neçə gün əvvəl itkin düşən şəxsin meyiti tapılıb.


Dekabrın 8-i axşam saatlarında rayon sakini, 1986-cı il təvəllüdlü Zakir Fərhad oğlu Məmiyev itkin düşüb. Hacıqabul şəhərində yaşadığı mənzili tərk edən 36 yaşlı iş adamı bir daha geri qayıtmayıb.

Dekabrın 11-i günorta saatlarında Z.Məmiyevin meyiti sahibi olduğu və Ağacanlı kəndində yerləşən fermanın ərazisində asılmış vəziyyətdə aşkar edilib.

Onun özünü asaraq intihar etdiyi bildirilib.

Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu