Siqareti tərgitməyin asan və effektiv üsulu
Rusiyalı həkim, terapevt Olqa Kadırova siqareti tərgitməyin ən təsirli yollarından danışıb.
AFN.az NTV ru-ua istinadən xəbər verir ki, ekspert uzun müddət siqaret çəkməyin oeqanizmdə ateroskleroz, infarkt, insult, xərçəng, xroniki ağciyər xəstəliklərlərə səbəb olduğunu bildirirb. Kadırovanın sözlərinə görə, kifayət qədər güclü iradəyə malik insanlar siqareti dərhal dayandırmalıdır. Bunu bacara bilməyənlər isə davamlı çəkdiyi siqareri basqa vasitə ilə əvəzləməlidirlər. Söhbət siqaret dadinda olan saqqizlardan, buxarlandırıcılardan və digər vasitələrdən gedir. Həkim terapevt tez-tez nikotinin dadının dəyişməsini siqaret tərgitmənin ən effektiv üsulu adlandırıb. O, həmçinin ələvə edib ki, bununla belə, nikotindən fizioloji asılılıq qalır, çünki bədəndə onun qəbulunun miqdarını yeni üsullarla idarə etmək çətinləşir.
Kadırova daha tez nəticə əldə etmək üçün psixoterapiyanın müxtəlif üsullarını, o cümlədən dərman vasitələrini qeyd edib. Onlar problemin əsas tərəfinın asılılıq davranışının öhdəsindən gəlməyə kömək edir. Siqareti dayandırdıqdan sonra insan bu hərəkətini başqa bir asılılıq, çox vaxt yeməklə əvəz etməyə çalışır: “Yalançı miflər var ki, guya iqareti qəfil dayandırmaq mümkün deyil, əgər əvvəllər siqaret çəkmisinizsə, hamiləlik dövründə belə siqaret çəkməyə davam etmək daha yaxşıdır. Amma bu təbii ki, səhv düşüncədir”.
Həkimin sözlərinə görə, siqareti tərgitməyin sağlamlığa heç bir zərəri yoxdur. Lakin baş ağrısı, ürək döyüntüsü, nəfəs darlığı, əzalarda titrəmə, əhval-ruhiyyənin pozulmasına səbəb ola bilər. Amma bu ələmətlər ciddi səhhət pozğunluğu yaratmir və tədricən keçib gedir.
NAZİLƏ