Bakı küçələrində dəhşət: Siqareti insanların üzərində sınaqdan keçirdilər




İyunun 1-də Bakı şəhərində, metronun "28 May" stansiyasının yaxınlığında əhali arasında sorğu keçirilib.



Respondentlər yalnız siqaret çəkən insanlar arasından seçilib.

Cebhe.info müxbirinin verdiyi məlumata görə, sorğunu aparanların kimliyini soruşduqda onlar özlərini ERA Marketinq Şirkətinin əməkdaşları kimi təqdim ediblər: “Sonra bildirdilər ki, respondentlərin rəyini öyrənməkdə məqsəd insanları yaxın vaxtlarda satışa buraxılacaq iki adda siqaretlə tanış etməkdir. Sorğuda iştirak edənlərdən gündə neçə ədəd siqaret çəkdiyi, neçə ildir tütün aludəçisi olduğu, çox, yoxsa az acılı siqareti xoşladığı soruşulurdu. Verilən cavablar isə elektron qaydada qeydə alınıb.

Ən dəhşətli mənzərə isə bundan sonra başladı. ERA şirkətinin əməkdaşları bazarı öyrənmək adı altında çantada gizlətdikləri qutudan siqaret çıxarıb respondentlərə verir, çəkib öz rəyini bildirməyi təklif edirdilər. Beləcə, siqaret qanuna zidd olaraq, ictimai yerdə insanların üzərində sınaqdan keçirilirdi. Lakin sorğu keçirənlər siqaretin və istehsalçının adını açıqlamaqdan imtina etdilər. Sualımıza cavab olaraq bildirdilər ki, bu kommersiya sirridir. Yalnız siqaret çəkənlərin rəyi öyrənildikdən sonra siqaretin keyfiyyətinə yenidən baxılacaq və adı satışa çıxarılan ərəfədə açıqlanacaq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu