İngiltərədən siqaretə qarşı mübarizə: Satın alma yaşı hər il artacaq


Böyük Britaniyanın baş naziri Rişi Sunak siqaret çəkmə yaşını hər il artırmaq planını açıqlayıb. Plana görə, 14 yaşı tamam olmayan uşağın siqaret alması qadağan edilir.


Rişi Sunak, siqaretin satın alma yaşını hər il bir il artırmaqla gələcək nəsillər üçün siqaretlə bağlı ölümlərin qarşısını almaq üçün iddialı bir plan təqdim edib.

Sunak bildirib ki, qanun layihəsi qəbul olunarsa, 14 yaşında olan bir uşaq qanuni olaraq siqaret ala bilməyəcək.

Baş nazir konfransda "Siqaretin təhlükəsiz səviyyəsi yoxdur" - deyə bildirib.

"Uşaqlarımız üçün doğru olanı etmək istəyiriksə, ilk növbədə gənclərin siqaretə başlamasının qarşısını almağa çalışmalıyıq. Çünki ciddi dəyişiklik olmasa, yaxın illərdə minlərlə uşaq siqaret çəkməyə başlayacaq və onların ömürləri qısalacaq" - baş nazir belə deyib.

Britaniya artıq ictimai yerlərdə siqaret çəkməyi qadağan edib və siqaret çəkmə yaşını 18-ə qaldırıb.

Ölkənin Milli Statistika İdarəsinin məlumatına görə, İngiltərədə 5 milyondan çox, Böyük Britaniyada isə 6 milyondan çox siqaret çəkən var.

Sunak, "Siqaret yaşını 18-ə qaldırdığımızda bu yaş qrupunda siqaretin yayılması yüzdə 30 azaldı" - deyə qeyd edib. Onun sözlərinə görə ABŞ yaşı 21-ə qaldıranda bu yaş qrupunda siqaret çəkmə nisbəti 39 faiz azalıb.

1970-ci illərdən etibarən siqaret çəkmə nisbətləri azalsa da, elektron siqaretdən istifadə artıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu