Paris merindən Azərbaycanın ərazi bütövlüyünə qarşı təhdid


Fransa hakimiyyəti Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan növbəti təxribatçı addım atıb.


AFNaz-ın məlumatına görə, Paris şəhərinin meri Ann İdalqo cinayətkar rejimin rəhbəri Arayik Arutyunyanın başçılıq etdiyi dəstəni qəbul edib.
Görüşdə Qarabağ məsələsinin həlli və qondarma respublika ilə Fransa arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub. Araik Arutunyan separatçı rejimin “müstəqilliyi”ni tanıdığına görə Paris Şəhər Şurasına təşəkkürünü bildirib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu