Türkiyənin “F-16”ları yenidən Azərbaycanda - VİDEO

Türkiyənin Hərbi Hava Qüvvələrinin “F-16” təyyarələri Azərbaycanda keçirilən Türkiyə-Azərbaycan birgə təlimlərində iştirak edir.
AFN.az-ın xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi tviter səhifəsində məlumat yayıb.
Qeyd edək ki, Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edir.