Erməni Tiqran rus qaynatasını həbs etdirdi - VİDEO


Nijni Novqorodda beşinci sinif şagirdi ilə onun böyük bacısı arasında yazışmalardan sonra onların babasına seksual təzyiqə görə cinayət işi açılıb


AFNa.az NTV.ru-ya istinadən xəbər verir ki, baba elə həmin gün də həbs edilib. Sonra qız sözlərini geri götürsə də, iş yenə də məhkəməsiz ötüşməyib. 64 yaşlı Viktor Trubaçovun ittiham olunduğu maddə “Seksual xarakterli zorakılıq hərəkətləri” olub. Nəvə babasını günahlandırsa da, daha sonra sözlərindən rəsmən geri çəkilib. Amma buna baxmayaraq, prosesə artıq start verilib. Həmin şəxs 11 yaşlı qızın başqa şəhərdən onlara qonaq gəlməsindən bir həftə sonra həbs olunub. Məktəbli qız böyük bacısına babasının qeyri-sağlam marağı barədə SMS-lə məlumat verərək evə aparılmasını istəyib. O isə tərəddüd etmədən yazışmaları ana və atasına göstərib.
Trubaçov məktəblinın doğma babası olmayıb. Beş il əvvəl nənəsi ilə evlənib. Və ona görə də qızın atası Tiqran kiçik qızının yazdıqlarından hirslənib və qocanın payını verməyi qərara alıb.
Tiqran deyib: “Böyük qızım bizə telefondakı yazışmaları göstərdi... Balaca yazmışdı ki, babası onu incidir. Mən dərhal ora zəng etdim, qaynatamı söyünb təhqir elədim. Sonra polisə zəng etdim, polis gəlib onu apardı". Çox qəribədir ki, Trubaçovun həbs olunması üçün bir zəng kifayət edib. Yazılı ərizəyə belə ehtiyac olmayıb. Qızın anası vəziyyəti düzəltmək üçün Nijni Novqoroda uçub. Qadın bildirib ki, şübhəlinin günahsızlığına əmindir. Amma kişini həbsdən azad etmək mümkün olmayıb. İstintaq eksperimenti zamanı qızın ifadəsində dedikləri bir-birinə zidd olub və bu fakt qadını şübhələndirib. Anasının dediyinə görə, məktəbli qız sorğu-sual zamanı özünü inamsız aparıb, gözlərini gizləyib, qeyri-ardıcıl danışıb, ifadəsində çaşıb.
Yelena (qızın anası): “Manekeni gətirəndə mənə elə gəldi ki, qızım birtəhər, qəribə bir reaksiya verdi və bir növ ifadəsində şübhələrə səbəb oldu. Mən müstəntiqlər gedəndən sonra onunla tək qaldım, gələndən bəri ilk dəfə düzünü deməsini tələb etdim. O, aldatdığını və nəticənin belə olacağını gözləmədiyini bildirdi. Qız yazdığı izahatda göstərdi ki, tətil üçün ucqar bir kəndə göndərildiyinə görə özünü bədbəxt hiss edib, böyük bacısı evdə qaldğı üçün ona qısqanaraq belə bir əmələ əl atıb. O, istədiyinə necə nail olmaq fikrini isə internetdəki videodan götürüb.
Qız: “Sadəcə Soçiyə getmək istəyirdim. Orada heç bir dost yox idi və ümumiyyətlə, darıxdırıcı idi. Yazdım ki, babam məni incidir. Atam məni aparacağına söz verdi. Amma mən gözləmirdim ki, polisə zəng edər və babanı həbs edərlər".
Lakin müstəntiqlər ailənin bu qədər canfəşanlıqla kişini günahsız çıxarmğa çalışmasınından şübhələnərək bunun əksinin baş verdiyinə əmin olduqlarını bildiriblər. Onlar hesab edirlər ki, ilkin ifadədən imtina edən uşağa təzyiq oluna bilər, ya da qız sadəcə olaraq rəsmi istintaqdan qorxur. Viktor Trubaçov bir il yarımı istintaq təcridxanasında keçirib. Hüquqşünasların fikrincə, bunda həqiqətən də məntiq var. Uşağın bu cür ifadələrini görməməzlikdən gəlmək olmaz. Ərizəçi hər şeyi ləğv etmək istəsə belə, bunun həqiqətən necə baş verdiyini müəyyən etmək hüquq-mühafizə orqanları əməkdaşlarının birbaşa vəzifəsidir. İş üzrə təqsirləndirilən şəxsin taleyini indi məhkəmə həll edəcək. Artıq müstəntiqlərin ittiham aktı Femidanın qulluqçularına göndərilib.

N.Nəriman



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu