Kambocada nəsli kəsilən balıq tapılıb


Kambocalı balıqçılar tərəfindən tutulan 3 balığın təxminən 20 ildir görünməyən və nəslinin tükəndiyi düşünülən "Mekonq xəyaləti" balıq növü olduğu müəyyən edilib.


CNN-in məlumatına görə, Kambocadan olan balıqçılar Çin, Laos, Tayland, Vyetnam və Kambocadan keçən və biomüxtəliflik zənginliyi ilə tanınan Mekonq çayında 2020-2023-cü illər arasında 3 nəhəng somon sazanı tutublar.

ABŞ-ın Nevada Universitetinin alimləri balıqların 2005-ci ildən bəri görünməyən bir balıq növü ola biləcəyini düşünərək onları alıb araşdırıblar.

Araşdırmalar nəticəsində təqribən 1 metr uzunluğunda və təxminən 5 kiloqram ağırlığında olan balığın Mekonq hövzəsində təxminən 20 ildir görünməyən “Mekonq xəyaləti” olduğu müəyyən edilib.

Nevada Universitetinin bioloqu Zeb Hoqan verdiyi açıqlamada Kambocalı balıqçıların daha əvvəl tutduqları balığı heç görmədiklərini deyib. Onun sözlərinə görə, elm adamları uzun müddət təhlükə altında olan "Mekonq xəyaləti"ni illərdir bir daha görünmədikdən sonra nəsli kəsilmiş hesab edirlər.

Bu balıq növü ilə sonuncu dəfə 2000-ci illərin əvvəllərində rastlaşdığını bildirən Hoqan, "Mekonq xəyaləti"nin tapıldığını eşitmək üçün 20 ildir gözlədiyini qeyd edib. O, balığın yenidən peyda olmasının “ümid əlaməti” olduğunu və onun nəslinin kəsilməsi ilə mübarizə aparmaq üçün hələ də gec olmadığını vurğulayıb.

Çəkisi 30 kiloqramdan çox olan “Mekonq xəyaləti” adlanan nəhəng somon sazanı “meqa şirin su balıqları” arasındadır.

Araşdırmanın nəticələri "Biological Conservation" jurnalında dərc olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu