Boeing işçiləri tətili dayandırmaqdan imtina edirlər


Amerikanın “Boeing” aerokosmik korporasiyası rəhbərliyinin ittifaqla münaqişənin həlli ilə bağlı yeni təklifi etirazçıların əksəriyyətini qane etməyib.


"Reuters" xəbər verir ki, işçilərin 64 faizi sazişin əleyhinə səs verib.

Beləliklə, 2014-cü ildən bəri ilk müqavilənin bağlanması planı rədd edilib və sentyabrın 13-də başlayan tətilin davam etməsinə qərar verilib. Həmkarlar ittifaqı liderləri dərhal danışıqları bərpa etməyə hazır olduqlarını bəyan ediblər.

Rədd edilmiş müqavilə dörd il ərzində əmək haqqının 35 faiz artırılmasını nəzərdə tuturdu. Həmkarlar ittifaqı əmək haqqının 40 faiz artırılmasını, həmçinin müəyyən edilmiş pensiyaların qaytarılmasını tələb edir.

İşçilərin sərt mövqeyi şirkət rəhbərlər üçün rekord bonuslara və səhmlərin geri alınmasına pul xərcləyərkən, maaş artımının inflyasiyadan geri qalmasından qaynaqlanır. Ümumilikdə tətildə 33 min işçi iştirak edir, ən çox satılan "737 MAX" təyyarələrinin, həmçinin "Boeing 767" və "Boeing 777"-nin istehsalı dayandırılıb.

Yeni CEO Kelly Ortberg tərəfindən hazırlanmış ilk müqaviləyə işçilərin 95 faizi qarşı çıxıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu