"Microsoft"dan 3 ölkə ilə bağlı xəbərdarlıq


ABŞ-ın texnologiya nəhəngi "Microsoft" ABŞ-da keçiriləcək seçkilərə 2 həftə qalmış Rusiya, İran və Çinin ölkədə demokratik prosesləri zəiflətmək üçün təsir səylərini artırdıqlarını açıqlayıb.



“Microsoft Threat Analysis Center” baş direktoru Klint Vats tərəfindən verilən açıqlamada şirkətin son 2 hesabatından bu yana ABŞ hökumətinin xarici düşmənlərin seçkilərlə bağlı kiber və təsir fəaliyyətlərini ortaya çıxarmaq üçün bir çox addımlar atdığı bildirilib.

Açıqlamada qeyd olunub ki, prezident seçkilərinə 2 həftə qalmış “Microsoft Threat Analysis Center” Rusiya, İran və Çinin ABŞ-ın demokratik proseslərini zəiflətmək üçün davamlı təsir səyləri göstərdiyini müşahidə edib.

Bəyanata görə, İran qruplarının kiber təsir əməliyyatlarının əsas diqqəti Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın, rusiyalı qrupların isə Demokratlar Partiyasından prezidentliyə namizəd Kəmalə Harrisin kampaniyasına yönəldiyi bildirilib. İran qrupları kiber təsir əməliyyatlarını asanlaşdırmaq üçün hazırlıqlarını sürətləndirib, digər tərəfdən isə diqqətlərini müxtəlif yerli namizədlərə və Konqres üzvlərinə yönəldiblər.

Açıqlamada rus qrupların namizədlərin personajlarına qarşı hücumlarla Harrisin kampaniyasını xüsusi olaraq hədəf almağa çalışdıqları vurğulanıb.

Xarici qrupların çaşdırıcı məzmunu sürətlə yayma qabiliyyətinin ictimai qavrayış və seçki nəticələrinə əhəmiyyətli dərəcədə təsir göstərə biləcəyinə diqqət çəkən bəyanatda xüsusilə seçki günündən öncəki və 48 saat sonranı diqqət mərkəzində saxlayaraq seçicilərə, dövlət qurumlarına, namizədlərə və partiyalara internetdə aldadıcı və şübhəli fəaliyyətlərə qarşı diqqətli olmaları barədə xəbərdarlıq edilib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu