Avstraliyalıların xəritəsində Azərbaycan: “Odla mühafizə olunur...”


Avstraliyanın "Credit Card Compare" şirkətinin mütəxəssisləri tərəfindən hazırlanan maraqlı xəritə Azərbaycansevərlər üçün də diqqətçəkicidir.


AFN.az xəbər verir ki, bu haqda tarixçi alim Zaur Əliyev məlumat yayıb. Onun sözlərinə görə, ictimaiyyətə təqdim olunan xəritədə dövlətlərin ənənəvi adları əvəzinə qədim dillərdən hərfi tərcümələri yer alıb. Həmin xəritədə Azərbaycan toponiminin şərhi maraqla qarşılanıb. Belə ki, şirkətin mütəxəssisləri ölkəmizi “Odla mühafizə olunur” deyə təqdim ediblər. İfadənin izahı isə çox maraqlıdır: "Azərbaycan metafiziki coğrafiya olaraq ruhlar çarlığıdır".

Xəritədə Ermənistanın təqdimatı belədir: "Haykın ölkəsi". Tarixçi alimin sözlərinə görə, Ermənistanın ermənilərin yox, məhz "hayların ölkəsi" adlandırılması maraqlı məqamdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu