Zorlanmış qız uşağını görəndə dedi ki, arxamca gələn namussuzdur - tarixçi alimin Allahverdi Bağırovla bağlı xatirələri+VİDEO
Xocalı hadisəsindən sonra Ağdam məscidinin yanında idik. Təxminən 12-13 yaşlarında bir uşaq yaxınlaşdı Allahverdi Bağırova və erməni əsiri göstərdi ki, əmi, atamla anamı o öldürüb. Allahverdi Bağırov dedi uşağı kənara aparın və tapançanı çəkib həmin ermənini yerindəcə güllələdi.
AFN.az xəbər verir ki, bunu iyunun 19-da Ağdama təşkil edilən səfər zamanı tarixçi alim Zaur Əliyev deyib. “Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin təşəbbüsü ilə bir qrup şəhid ailəsi və qazilərin, eyni zamanda jurnalistlərin, ictimaiyyət nümayəndələrinin səfəri zamanı Z.Əliyev Allahverdi Bağırovla, Xocalı hadisəsi, Ağdamın işğalı ilə bağlı maraqlı məqamlara toxunub.