Qəzzada atəşkəs danışıqları yaxın günlərdə başlayacaq - Blinken


ABŞ dövlət katibi Antoni Blinken Qəzza zolağında atəşkəs üzrə danışıqlarda iştirak edən tərəflərin yaxın günlərdə görüşəcəklərini bəyan edib.


AFN.az xəbər verir ki, ABŞ dövlət katibi 11-ci Yaxın Şərq turu çərçivəsində Qətərin paytaxtı Dohada Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani və Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani ilə görüşüb.

Regional və qlobal hadisələrlə yanaşı, Yaxın Şərqdəki son vəziyyətin, xüsusilə də İsrailin Qəzza və Livanda davam edən hücumlarının müzakirə edildiyi danışıqlarda bölgədəki münaqişələrin dayandırılması, humanitar yardımların sürətləndirilməsinin vacibliyi vurğulanıb. Qeyd edilib ki, danışıqlar prosesi canlandırılmalıdır.

ABŞ-ın humanitar yardımların çatdırılması və Qəzzada qarşıdurmaların sona çatması üçün müxtəlif variantlar üzərində çalışdığını bildirən dövlət katibi, İsrail və HƏMAS arasında dolayı danışıqların yenidən başlaması üçün yaxın günlərdə diplomatik təşəbbüslərin sürətləndiriləcəyini bildirib.

Blinken Qətərin görüşdə vasitəçilik rolunu vurğulayaraq, iki ölkə arasında əməkdaşlığın regional sülh və sabitlik üçün əhəmiyyətli olduğunu qeyd edib.

ABŞ-ın böhranın böyüməsinin qarşısını almaq üçün sıx diplomatik səylər göstərdiyini deyən diplomat Qətərin bu prosesdə dəstəyindən məmnunluq ifadə edib: "Bu müharibəni bitirmək, bütün girovları evlərinə qaytarmaq və Qəzza xalqı üçün daha yaxşı gələcək qurmaq üçün çalışmağın vaxtıdır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu