Böyük Britaniya ölkə daxilində birdəfəlik elektron siqaretləri qadağan edir


İngiltərə uşaqların qeyri-qanuni yollarla birdəfəlik elektron siqaretlərə aludə olması ilə bağlı narahatlıqlar səbəbilə 2025-ci ilin yayında bu məhsulların satışını qadağan etməyə hazırlaşır.



Yeni qanunlara əsasən, tədarükçülərə Böyük Britaniyada birdəfəlik elektron siqaretlərin bütün ehtiyatlarını tükəndirmək üçün 1 iyun 2025-ci ilə qədər vaxt veriləcək.

Həmçinin bildirilib ki, hökumət bu qadağanın Şotlandiya, Uels və Şimali İrlandiyada tətbiqini gözləyir.

Son üç ildə elektron siqaretdən istifadə edən uşaqların sayı üç dəfə artıb. Məlumatlara görə, 11-15 yaşlı uşaqların 9 faizi bu cihazlardan istifadə edir.

Səhiyyə naziri Andryu Qvin keçən il bu yaş qrupunda hər dörd uşaqdan birinin elektron siqaret istifadə etdiyini bildirib

Qeyd edək ki, İngiltərədəki elektron siqaret sənayesinin təxminən 2,8 milyard funt sterlinq dəyərindədir. Birdəfəlik elektron siqaretlərin qiyməti marka və modeldən asılı olaraq 3-10 funt sterlinq arasında dəyişir.

Mənbə: Independent



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu