Yunanıstanda dəniz nəqliyyatında tətil 48 saat uzadılıb


Yunanıstanda dəniz nəqliyyatı işçilərinin 22 və 23 oktyabr tarixlərində elan etdiyi 48 saatlıq tətil daha 48 saat uzadılıb.



Panhellenik Dəniz Federasiyası (PNO) bu gün və sabah üçün elan edilən yeni 48 saatlıq tətil səbəbiylə dəniz nəqliyyatının mümkün olmayacağını açıqlayıb.

Tətil səbəbindən bütün gəmilər limanlarda lövbər salıb, dəniz daşımaları həyata keçirilə bilməyib.

Qeyd edək ki, federasiyanın tətil çağırışı ilə oktyabrın 22 və 23-də 48 saatlıq tətil keçirilib və dəniz nəqliyyatı olmayıb.

Dəniz işçiləri maaşlarının 23 faiz artırılmasını və yelkən cədvəllərinin yenidən qurulmasını tələb edirlər.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu