Bəyanatda nəzarət-buraxılış məntəqəsinin quraşdırılmasını Azərbaycana qadağan edən bənd yoxdur


Laçın dəhlizini bağlamaq, dəhliz vermək, dəhlizə nəzarət etmək - bunlar hüquqdur. Suveren dövlət hüququ.


AFN.az xəbər verir ki, bunu jurnalist Hafiz Babalı deyib. Onun sözlərinə görə, Azərbaycan ikitərəfli hərəkət üçün üçtərəfli sənədlə dəhliz verib: "Rusların nəzarəti altında. Bu, faktiki vəziyyətdir. Bəs Azərbaycan hazırkı əlverişsiz vəziyyəti öz xeyrinə dəyişə bilərmi? Bəli. Rusiya ilə danışıqlar yolu ilə dəhlizin giriş-çıxışında nəzarət-buraxılış məntəqəsi qurmaqla. Arqument sadədir: Azərbaycan maneəsiz hərəkətə şərait yaradır, lakin mülki hüquq çərçivəsində. Daxil olan və sərhədi keçən şəxslər kriminal element ola bilər, sərhəddən narkotik maddələr və silah-sursat keçirilə bilər - bu, qanunla qadağandır. Daşınan yüklər qeydə alınmalı, müəyyən norma həddindən artıq olarsa, gömrük rüsum və vergilərinə cəlb olunmalıdır.
Bu yaxınlarda erməni mediası yazdı ki, Üçtərəfli Bəyanatda silah daşınmasının qadağan olunması haqda müddəa yoxdur. Doğrudur. Lakin bəyanatda həmçinin dəhlizdə nəzarət-buraxılış məntəqəsinin quraşdırılmasını Azərbaycana qadağan edən bənd də yoxdur".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu