Azərbaycan Ermənistanın sülh müqaviləsi üzrə təkliflərinə cavab verib


Azərbaycan Ermənistanın sülh müqaviləsi üzrə təkliflərinə cavab verib.


“Report” “Sputnik Armenia”ya istinadən bildirir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzooyan deyib.

Nazir söyləyib ki, rəsmi İrəvan Azərbaycanla tezliklə konsensusa nail olmağa ümid edir.

O bildirib ki, beynəlxalq tərəfdaşların vasitəçilik səyləri də bu prosesdə mühüm rol oynaya bilər: "Ermənistan tərəfi Praqa razılaşmasına sadiqdir”.

Nazirin sözlərinə görə, İrəvan məqbul vaxt çərçivəsində iki ölkə liderlərinin görüşünü təşkil etməyə hazırdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu