Prezident: "Ağalı kəndi Qarabağın yenidən qurulmasının nümunəvi modeli olacaq"
Ağalı kəndi Qarabağın yenidən qurulmasının nümunəvi modeli olacaq.
AFN AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransın açılışındakı çıxışında deyib.
Ağalı kəndinin sakinlərinin artıq məskunlaşdıqlarını qeyd edən dövlətimizin başçısı bildirib: "Bu, yalnız Qarabağın işğalı dövründə əziyyət çəkmiş keçmiş köçkünlər qarşısında bizim mənəvi borcumuzun təzahürü deyil. Biz Qarabağın və Zəngəzurun bərpasını bütün ölkənin yenidən qurulmasının modeli hesab edirik".