Baş nazir Əli Əsədovun sədrliyi ilə İqtisadi Şuranın iclası keçirilib
Baş nazir Əli Əsədovun sədrliyi ilə İqtisadi Şuranın növbəti iclası keçirilib.
AFN.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, 2022-ci il 24 noyabr tarixində Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərdən” biri olan “Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı”nın yaradılmasından çıxış edərək İnformasiya və Kommunikasiya Texnologiyaları sektorunun təşviqinə yönəlmiş qanunvericiliyə dəyişiklik layihələri, o cümlədən, elmi tədqiqat və kadr hazırlığı proqramları ilə yanaşı, texnopark, vergi, sosial müdafiə, gömrük, miqrasiya qanunvericiliyinə dəyişikliklər, “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinə son dəyişikliklər, monetar siyasət və banklararası bazarın inkişafı məsələləri ətraflı müzakirə olunub.
İclasda rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun, Mərkəzi Bankın sədri Taleh Kazımovun və “Aqrarkredit” QSC-nin İdarə Heyətinin sədri Məmməd Musayevin məruzələri dinlənilib.
İclasın yekununda müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.