Ermənistan KTMT-də tək qaldı və Azərbaycan əleyhinə sənəd qəbul etdirə bilmədi - ŞƏRH


Dünənki görüş zamanı Ermənistan məyus oldu. Azərbaycan əleyhinə iki sənəd qəbul etdirməyə çalışırdılar, ikisi də həyata keçmədi.


AFN.az xəbər verir ki, bunu siyasi şərhçi Elxan Şahinoğlu "Prime" TV-yə müsahibəsində deyib. Onun sözlərinə görə, KTMT-də Azərbaycanın strateji müttəfiqləri, tərəfdaşları var: "Məsələn, Qazaxıstan bizim strateji müttəfiqimizdir. Tokayev Bakıda olarkən dedi ki, strateji tərəfdaşlıq artıq strateji müttəfiqlik səviyyəsinə çatıb. Tacikistanla yaxşı münasibətimiz var. Qırğızıstan tərəfdaşımızdır, Belorusla strateji tərəfdaşlıq münasibətlərimiz var, Rusiyanın siyasəti ilə bağlı ciddi suallarımız olsa da, Qarabağdakı fəaliyyəti ilə bağlı narazılığımız olsa da, bu dövlətlə qarşı-qarşıya deyilik. Bu baxımdan Ermənistan yenə təşkilatda təklikdə qaldı, Azərbaycan əleyhinə sənədlər qəbul etdirə bilmədi".
E.Şahinoğlunun sözlərinə görə, Ermənistan bu təşkilatda sədrlik etdiyi müddətdə heç nə əldə edə bilmədi: "Təşkilata üzv olan dövlətlər bir daha Ermənistana dedilər ki, bizi bu məsələyə qatma. Get Azərbaycanla olan problemi həll elə, sülh sazişi imzala. Məsələn, Belorusun prezidenti həm dünənki çıxışında, həm bir neçə gün əvvəl Paşinyana açıq şəkildə dedi ki, bizi qatma bu məsələlərə, sənin bu dəqiqə ən vacib məsələn sülh sazişi imzalamaqdır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu