Mikayıl Cabbarov: “İsraildə səfirliyimizin açılması ölkələrimiz arasında əməkdaşlığı genişləndirəcək”


“Azərbaycanın İsraildə səfirliyinin açılması ölkələrimiz arasında əməkdaşlığı genişləndirəcək”.


Bunu iqtisadiyyat naziri, Azərbaycan-İsrail hökumətləri arasında Birgə Komissiyanın həmsədri Mikayıl Cabbarov Milli Məclisin Azərbaycanın İsraildə səfirliyinin təsis edilməsi ilə bağlı qərarına münasibət bildirərkən deyib.

Nazir tvitter səhifəsində yazıb: “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın həmsədri olaraq, Azərbaycanın İsraildə səfirliyinin təsis edilməsinin ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi, iqtisadi-ticarət əlaqələrinin təşviqi və tərəfdaşlığımızın daha da gücləndirilməsi istiqamətində fəaliyyətimizə mühüm töhfə verəcəyinə inanıram”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu