"Tərtər işi" ilə bağlı tutulanların həbs müddəti uzadılıb
"Tərtər işi" ilə bağlı cinayət məsuliyyətinə cəlb edilmiş altı nəfər- Niftəliyev Rəşid Ağaşərif oğlu, Mikayılov Ruslan Məhəmmədəli oğlu, Maşıyev Sənan Səxavət oğlu, Qəhrəmanov Cabir Babaxan oğlu, Əliyev Elçin Kalam oğlu və Məmmədov İntiqam Şərif oğlu barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb.
AFN APA-ya istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən iclasda vəsatət təmin olunub. Qərara əsasən, təqsirləndirilən şəxslərin həbs müddəti 3 ay uzadılıb.
Bundan başqa, "Tərtər işi" ilə bağlı daha əvvəl həbs edilmiş 4 nəfər - Ələsgərov Vüsal Əziz oğlu, Ələsgərov Rüstəm Çərkəz oğlu, Qarayev Ramil Fariz oğlu və Axundov Fuad Arazi oğlunun cinayət işi üzrə ibtidai istintaq davam edir.
Bir müddət əvvəl onlar barəsində də seçilmiş həbs qətimkan tədbiri müddəti uzadılıb.
Xatırladaq ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. Sözügedən qərarlardan sonra aparılın istintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onların qanunsuz azadlıqdan məhrum edilməsi və vəzifə səlahiyyətlərini aşılmasına əsaslı şübhələr müəyyən edilmiş 10 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Təqsirləndirlilən şəxslərə Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və digər maddələri ilə ittiham verilərkən barələrində həbs qətimkan tədbiri seçilib.