Ukrayna ordusu Xerson şəhərinə daxil olub


Rusiya Silahlı Qüvvələri Ukraynanın Xerson vilayətinin bir hissəsini tərk etdikdən sonra Ukrayna ordusu vilayətin eyniadlı mərkəzinə doğru irəliləyir.


UNAİN xəbər verir ki, bu barədə yerli jurnalist Konstantin Rıjenko fotoreportaj hazırlayıb.

Həmçinin qeyd olunub ki, Xerson şəhərinin sakinləri Ukrayna hərbçilərini qarşılamaq üçün mərkəzi meydanlara toplaşır.

Vilayət administrasiyasının binası üzərində Ukrayna bayrağı qaldırılıb və xeyli insan toplaşıb.

Xatırladaq ki, Rusiya hərbçiləri Xerson vilayətini tərk etdikdən sonra Ukrayna Silahlı Qüvvələrinin Xerson şəhərinə və ətraf yaşayış məntəqələrinə daxil olması barədə sosial şəbəkə platformalarında xəbərlər yayılmışdı.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi isə Xersonun Ukraynanın nəzarətinə qayıtdığını, Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin şəhərə daxil olduğuna dair məlumat yayıb.

Məlumatda Xersonda qalan rus əsgərlərinə təslim olmaq çağırışı edilib.

Məlumatda o da deyilir ki, rusların geri çəkilmə yolları Ukrayna ordusunun atəşi altındadır və əlavə olunub ki, Ukrayna Silahlı Qüvvələrinə qarşı hər hansı cəhdlər dayandırılacaq.

“Müqavimət göstərən hər bir rus əsgəri məhv ediləcək. Ölümdən qaçmaq üçün yeganə şansınız var – dərhal təslim olun! Könüllü təslim olduqda, Ukrayna sizin həyat və təhlükəsizliyinizin qorunmasına zəmanət verir. Biz Cenevrə Konvensiyalarına əməl edirik, hərbi əsirlərə ərzaq, tibbi xidmət və sizin Rusiya Federasiyasında əsir olan Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri ilə mübadilə edilmə imkanlarınıza zəmanət veririk”, – məlumatda deyilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu