Dövlət Dumasının deputatı: “Rusiyanı Ermənistansız təsəvvür edə bilmərik”


“Biz Ermənistanı Rusiyasız, Rusiyanı isə Ermənistansız təsəvvür edə bilmərik”.


Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu noyabrın 10-da Ermənistan parlamentində keçirdiyi brifinqdə Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini, Kommunist partiyasından deputat olan Kazbek Taysayev deyib.

Onun sözlərinə görə, ölkələri heç kimin əlindən ala bilməyəcəyi böyük qələbə birləşdirir. “Bizi həm də ortaq mədəniyyət, tarix, din, inanc bağlayır”, - deyə o əlavə edib.

Taysayev qeyd edib ki, parlament əməkdaşlığı komponenti Ermənistan və Rusiyanın üzləşdiyi problemlərin həllində daha da mühüm rol oynamalıdır.

Kazbek Taysayev Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinin ən qızğın dəstəkçilərindən biri sayılır. Hətta o, Ukraynadan işğal edilmiş Donetsk və Luqansk vilayətlərinin RF tərkibinə daxil edilməsi ilə bağlı Dövlət Dumasında qəbuledilən sənədin əsas müəllifi hesab olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu