Rusiya Dövlət Dumasının deputatı müharibənin dayandırılmasını tələb etdi
Rusiya Dövlət Dumasının deputatı, Kommunist parityasının üzvü Mixail Matveyev Ukrayna ilə müharibənin dəhal dayandırılmasını tələb edib.
AFN.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə “Radio Svoboda” məlumat yayıb.
Qeyd olunur ki, həmin deputat bu ilin fevral ayının 22-də Rusiyanın Ukraynanın şərqində yaratdığı oyuncaq qurumlar-“DXR” və “LXR”-in “müstəqil respublikalar” kimi tanınmasına səs veribmiş.
“LXR” və “DXR”-in (qondarma-red.) tanınmasını dəstəklərkən mən müharibəyə deyil, sülhə səs verdim. Biz Kiyevin bombalanmasına deyil, Donbas üçün qalxan olmağa əl qaldırdıq”,-deyə Mixail Matveyev tvitter hesabında yazıb.