Polis qardaşlardan silah götürdü
Qəbələ sakinlərindən qanunsuz silahlar götürülüb.
Bu barədə AFN.az-a DİN-nin Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Qəbələ Rayon Polis Şöbəsi əməkdaşları daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Məmmədağalı kənd sakinləri P.Ağayevdən qanunsuz saxladığı 1 ədəd “İJ-16” markalı ov tüfəngi, 2 ədəd patron və qardaşı Təbrizdən qanunsuz saxladığı 1 ədəd “İJ-16” markalı ov tüfəngi və 2 ədəd patron aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.