Böyük Dəbilqədə Azərbaycanın daha 12 cüdoçusu tatamiyə çıxır


Azərbaycanın daha 12 cüdoçusu bu gün Bakıda keçirilən Böyük Dəbilqə turnirində mübarizəyə başlayacaq.


Sonuncu yarış günündə 90 kq çəki dərəcəsində Məmmədəli Mehdiyev, Murad Fətiyev, Nihad Şıxəlizadə və İbrahim Ağakişiyev tatamiyə çıxacaq.

100 kq-da yarışan Elmar Qasımov, Zelim Kotsoyev, Aslan Mirzəyev və Hüseyn Dadaşov medal qazanmağa çalışacaq.

100 kq-dan yaxarı çəkidə isə İbrahimxəlil Ömərov, Camal Qamzatxano, Kənan Nəsibov və Toğrul Salmanov qüvvəsini sınayacaq.

Böyük Dəbilqə

90 kq

Məmmədəli Mehdiyev - Vaçid Borçaşvili (Avstriya)

Murad Fətiyev - Komronsox Ustopirion (Tacikistan)

Nihad Şıxəlizadə - Luka Maysuradze (Gürcüstan)

İbrahim Ağakişiyev - Markus Nyuman (İsveçrə)

100 kq

Elmar Qasımov - Qriqori Minaskin (Estoniya)

Zelim Kotsoyev - Tomas Briseno (Çili)

Aslan Mirzəyev - Nikolas Şerazadişvili (İspaniya)

Hüseyn Dadaşov - Veq Zsombor (Macarıstan)

+100 kq

İbrahimxəlil Ömərov - Serafim Komlaniets (İsrail)

Camal Qamzatxano - Fransisko Solis (Çili)

Kənan Nəsibov - Lorentso Aqro Silvan (İtaliya)

Toğrul Salmanov - Azamat Çoçayev (Bəhreyn)

Qeyd edək ki, daha əvvəl Balabəy Ağayev (60 kq), Hidayət Heydərov (73 kq) və Səid Mollayi (81 kq) qızıl, Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) bürünc medal əldə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu