Azərbaycanda ASC sədri vəzifəsindən kənarlaşdırılır


“Bakı Nəqliyyat-10” ASC-nin təkrar növbədənkənar ümumi yığıncağı keçiriləcək.



AFN vergilər qəzetinə istinadən xəbər verir ki, növbədənkənar ümumi yığıncağının 28 noyabr, saat 11.00-da Bakı şəhəri, Nizami rayonu, 8 km qəsəbəsi, Çobanzadə 2403 ünvanında keçiriləcək.

Gündəliyə daxil olan məsələlər aşağıdakılardır:

1. Qasımov Vidadi Vaqif oğlunun “Bakı Nəqliyyat-10” ASC-nin İdarə heyətinin sədri vəzifəsindən azad edilməsi;

2. Rüstəmli Orxan Rafael oğlunun “Bakı Nəqliyyat-10” ASC-nin İdarə heyətinin sədri vəzifəsinə təyin edilməsi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu